Bakıda naməlum kişi özünü dənizə atıb

Bakıda naməlum kişi özünü dənizə atıb
# 19 mart 2015 16:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda naməlum kişi intihara cəhd edib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər kişi intihar etmək məqsədilə özünü dənizə atıb.

Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR