Yevlaxda minik avtomobili ilə yük maşını toqquşub, bir nəfər ölüb

Yevlaxda minik avtomobili ilə yük maşını toqquşub, bir nəfər ölüb
# 26 oktyabr 2015 10:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 24-də saat 19.00 radələrində Yevlax şəhərində qeydə alınıb.

Bakı şəhər sakini Nemət Seyfullayevin idarə etdiyi “Range Rover”lə Daşkəsən rayon sakini Etibar Əliyevin idarə etdiyi KamAZ markalı avtomobillərin toqquşması nəticəsində N. Seyfullayevin sərnişini, Cəlilabad rayon sakini Zahir Ələkbərov xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR