Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında Mir Möhsün Nəvvaba aid materiallar yerləşdirilib - FOTOSESSİYA

Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında Mir Möhsün Nəvvaba aid materiallar yerləşdirilib - <span style="color: red;">FOTOSESSİYA
# 22 sentyabr 2015 08:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında Azərbaycanın görkəmli şair, rəssam, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvaba aid materiallar yerləşdirilib.

Muzeydən APA-ya verilən məlumata görə, Mir Möhsün Nəvvaba aid materiallara daimi ekspozisiyanın “XIX əsrdə Azərbaycanda elm, təhsil və mədəniyyət” zalında ayrıca vitrində yer ayrılıb.

Burada həm mətn, həm də rəsmlərinin müəllifi M.M. Nəvvab olan “Kitabi divani farisi” əsərinin, eləcə də “Kəşfül-həqiqəti-məsnəvi” əsərinin orijinalları qoyulub.

Musiqi nəzəriyyəsinə həsr edilmiş “Kəşfül-həqiqəti-məsnəvi” əsəri Mir Möhsün Nəvvabın ən tanınmış əsərlərindəndir. Nəvvab bu əsərin həm mətninin, həm də rəsmlərinin müəllifidir. Vitrində həmçinin M.Nəvvabın çəkdiyi rəsmlərin surətləri nümayiş olunur.

Nəvvab orta əsrlərə aid Azərbaycan silahlarından ibarət kolleksiya toplayıb. Onun kolleksiyasından bir neçə silah hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Daimi ekspozisiyada kolleksiyanın incilərindən olan XVI-XVII əsrlərə aid dəbilqə nümayiş olunur.

Vitrində Mir Möhsün Nəvvabın XIX əsrin 70-ci illərinə aid fotoşəkli və Şuşadakı qəbrinin fotosu yerləşdirilib.

Qeyd edək ki, Nəvvabın qəbri üzərində abidə 1957-ci ildə heykəltəraş Tokay Məmmədov tərəfindən ucaldılıb. 1992-ci ildə şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan sonra abidə dağıdılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR