İraqda törədilmiş partlayış nəticəsində azı 38 nəfər ölüb

İraqda törədilmiş partlayış nəticəsində azı 38 nəfər ölüb
# 01 iyun 2015 21:16 (UTC +04:00)

Bakı-APA. İraqın Ramadi şəhərində törədilmiş partlayış nəticəsində 38 nəfər ölüb, azı 10 nəfər xəsarət alıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze polis bazasının yerləşdiyi ərazidə minalanmış avtomobili partladıb.

Həkimlər ölənlərin sayının artacağını istisna etmir. İraq rəsmilərinin məlumatına görə, hadisənin İŞİD qruplaşması tərəfindən təşkil olunduğu ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR