“AccessBank” I rübü 2 mln. manatdan artıq zərərlə başa vurub

“AccessBank” I rübü 2 mln. manatdan artıq zərərlə başa vurub
# 13 aprel 2015 09:59 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin I rübündə “AccessBank”ın aktivlərinin həcmi 1 mlrd. 174 mln. 699,366 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,17% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 39,31% artaraq 925 mln. 259,19 min manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 55,82% artaraq 297 mln. 795,33 min manata bərabər olub. Əhalinin əmanətlərinin həcmi isə 269 mln. 839,63 min manat təşkil edib ki, bu da illik müqayisədə 27,61% artım deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 17,84% artaraq 155 mln. 837,11 min manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 85 mln. manat təşkil edib.

“AccessBank” cari ilin ilk üç ayı ərzində 2 mln. 346,32 min manatlıq zərərlə işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR