AVRO-2016: İsveçrə millisi play-off mərhələsinə vəsiqə qazanıb

AVRO-2016: İsveçrə millisi play-off mərhələsinə vəsiqə qazanıb
# 19 iyun 2016 22:54 (UTC +04:00)

Bakı-APA. Avro-2016-da qrup mərhələsinin III turuna start verilib.

APA-nın məlumatına görə, “A” qrupunda iki oyun keçirilib.

Artıq 1/8 finala vəsiqəni təmin edən Fransa yığması İsveçrə ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə heç-heçə başa çatıb.Qrup mərhələsində 5 xal toplayan İsveçrə millisi play-off mərhələsinə vəsiqə qazanıb.

Qrupun digər matçında Albaniya Rumıniya ilə görüşüb. Oyunda yeganə qolu albaniyalı Armando Sadiku vurub. Beləliklə, rəqibini qabaqlayan Albaniya 3 xalla qrupda 3-cü yeri tutub.

Məlum olduğu kimi, AVRO-2016-da ən yaxşı nəticə göstərən dörd qrup üçüncüsü 1/8 finala vəsiqə qazana biləcək. Beləliklə, Albaniyanın play-off mərhələsinıə yüksəlməsi digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq.

Avropa çempionatı

Qrup mərhələsi

III tur

19 iyun

A qrupu

Rumıniya - Albaniya - 0:1

Qol: Sadiku, 43

İsveçrə - Fransa - 0:0

1.

Fransa

3

2

1

0

4-1

7

2.

İsveçrə

3

1

2

0

2-1

5

3.

Albaniya

3

1

0

2

1-3

3

4.

Rumıniya

3

0

1

2

2-4

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR