Bank Of Baku

Tbilisidə Azərbaycanın da üzv olacağı Avropa Akademiyasının nümayəndəliyi açılacaq

Tbilisidə Azərbaycanın da üzv olacağı Avropa Akademiyasının nümayəndəliyi açılacaq
# 11 may 2018 12:28 (UTC +04:00)

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (TDU) və Avropa Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, TDU rektoru Giorgi Şarvaşidze və Avropa Akademiyasının prezidenti Zird Klutinqin imzaladığı sənədə əsasən, ali məktəbdə Avropa Akademiyasının regional nümayəndəliyi yaradılacaq. 
 

2018-ci ilin sentyabrında fəaliyyətə başlayacaq nümayəndəlik Qafqaz regionunda elmi araşdırmaları təşviq edəcək. Gürcüstanla yanaşı Azərbaycan və Ermənistanı da əhatə edəcək nümayəndəlik gənc alimlərin elmi araşdırmalarını maliyyələşdirəcək.  
 

Qeyd edək ki, 1988-ci ildə yaradılmış Avropa Akademiyası özündə fizika və texnologiyalar, bioloji elmlər və tibb, riyaziyyat, iqtisadiyyat, hüquq və digər elmi sahələr üzrə 3800 aparıcı alimi birləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR