Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha bir il uzadıb.
APA xəbər verir ki, bununla bağlı qərar Brüsseldə keçirilən Aİ sammitində qəbul olunmuş siyasi razılaşmanın rəsmiləşdirilməsi məqsədilə təsdiqlənib.
Qeyd edək ki, bundan əvvəl Aİ Rusiyaya qarşı əsas iqtisadi sanksiyaları hər altı aydan bir uzadırdı.