Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var - VİDEO

Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var   - <span style="color: red;">VİDEO
# 17 iyul 2014 04:35 (UTC +04:00)

APA TV-nin məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Füzuli Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə işıqforun qırmızı işığında hərəkətini davam etidirb, nəticədə Rafiq Məmmədovun idarə etdiyi VAZ-21099 markalı avtomobillə toqquşub. Səməd Vurğun və Hənifə Ələsgərov küçələrinin kəsişməsində hərəkətdə olan “Toyota Prado” markalı avtomobilin sürücüsü isə idarətməni itirib, nəticədə avtomobil qəzaya uğrayan maşınlara çırpılıb.

Qəza nəticəsində VAZ-21099-un sərnişinləri - 62 yaşlı Ofeliya Məmmədova, 64 yaşlı Natella Yusifova və sürücü Rafiq Məmmədov xəsarət alaraq Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Sürücünün vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR