Siyəzəndə avtomobilin vurduğu 60 yaşlı qadının ayağı amputasiya olunub

Siyəzəndə avtomobilin vurduğu 60 yaşlı qadının ayağı amputasiya olunub
# 29 aprel 2013 06:32 (UTC +04:00)

Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 33 yaşlı Hüseynov Taleh Teyfur oğlu idarə etdiyi 10 KX 708 qeydiyyat nişanlı, “VAZ 21 06” markalı nəqliyyat vasitəsi ilə Siyəzən şəhər sakini, 60 yaşlı Rəfiqə Məmmədovanı vurub.

Sürücü yaralını Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırıb. Bədənin müxtəlif nahiyələrindən ağır xəsarət alan R. Məmmədovanın əməliyyat olunması üçün paytaxtdan həkim briqadası gəlib. Xəstənin bir ayağı amputasiya olunub.

Hadisəni törədən Taleh Hüseynov saxlanılıb.

Siyəzən rayon Polis şöbəsindən verilən məlumata görə, qəza zamanı sürücü sərxoş olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR