İranda 4 nəfər edam edilib

İranda 4 nəfər edam edilib
# 28 aprel 2013 00:22 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Kirman vilayətində 4 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar. Onlardan ikisinin üzərindən 263 kiloqram tiryək və 243 kiloqram krak maddəsi götürülüb. Digər iki məhbus isə 188 kiloqram krak maddəsi ilə tutulub. Onların ad və soyadları açıqlanmayıb. Məhbuslar barəsində Kirman İnqilab Məhkəməsinin çıxardığı ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 26-də səhər saatlarında Kirman şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.

Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, Şirazda 9, Zahidanda 5, Kirmanda 4, Məşhəddə 4, Kərəcdə 2, Zərənddə isə 1 nəfər olmaqla 25 nəfər edam edilib. Bu edamlardan 6-sı ictimaiyyətin gözü qarşısında, 19-u isə həbsxanada icra edilib. Bu həftə isə ikisi qadın olmaqla 4 nəfər Dezful, 3 nəfər Bəm, 3 nəfər də Urmiya şəhərinin mərkəzi həbsxanasında dara çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR