“Unibank”ın aktivləri 1 mlrd. dolları ötüb

“Unibank”ın aktivləri 1 mlrd. dolları ötüb
# 10 iyul 2014 10:33 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Unibank”ın aktivlərinin həcmi iyul ayının əvvəlinə 1 mlrd. ABŞ dollarını ötüb.

Bankdan “APA Economics”ə verilən məlumata görə, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi bankın uzunmüddətli reytinqini B “stabil” səviyyəsindən B “pozitiv”ə yüksəldib.

Agentlik mütəxəssislərinin fikrincə, reytinqin yüksəldilməsi bankın stabil kredit göstəricisi ilə bağlıdır. Adekvat kapitallaşma saxlamaq imkanında olması ilə yanaşı, “Unibank”ın kreditləşmədə iştirakı hazırda geniş iqtisadiyyatı əhatə edir.

“Moody’s Investors Service” Beynəlxalq agentliyi də bankın reytinq qiymətləndirməsi üzrə proqnozlarını “pozitiv”ə qədər yüksəldərək, bir daha uzunmüddətli öhdəliklər reytinqini “B2” səviyyəsində təsdiqləyib.

Bankın maliyyə dayanıqlılığı reytinqini isə agentlik “E+” səviyyəsində dəyərləndirib.

Agentliyin proqnozunu yüksəltməsinə səbəb, bankın yaxşı kapitallaşması və təkmilləşdirilmiş gəlirliyidir.

Ekspertlərinin rəyinə görə, “Unibank” son illərdə sağlam aktivlərin keyfiyyətini daha da artırıb və möhkəm gəlirliliyə nail olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR