MSK sədrinin müavini: “Kimsə hardasa işinin öhdəsindən gələ bilmirsə, o səhvə ortaq ola bilmərik”

MSK sədrinin müavini: “Kimsə hardasa işinin öhdəsindən gələ bilmirsə, o səhvə ortaq ola bilmərik”
# 17 noyabr 2014 08:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bəzən hardasa bir səhvə yol verilirsə, deyirlər ki, bu, dövlətin siyasi iradəsi ilə bağlıdır. Dairə və məntəqədə seçki protokolu tərtib edən şəxsin qələmi 30-40 min seçicinin iradəsini mübahisə mövzusuna çevirə bilir. Bu, etinasızlıq, tənbəllikdən qaynaqlana bilər. O protokol müxtəlif subyektlərə müxtəlif cür çatdırılırsa, seçkidə iştirak edən qüvvələr bunu texniki səhv kimi qiymətləndirmir”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov MSK-nın bələdiyyə seçkiləri keçiriləcək seçki dairələrinin dairə seçki komissiyalarının trenerləri üçün keçirilən treninqdə söyləyib.

N.Məmmədov deyib ki, dövlətin siyasi iradəsi həmişə seçkilərin şəffaf keçirilməsi ilə bağlı olub: “Biz ölkəmizə, xalqımıza layiq azad seçkilər keçirmək iradəsini ortaya qoymuşuq. Nə qədər bacarmışıq, bu, seçki komissiyalarının ortaya qoyduğu fəaliyyətlə bağlıdır. Kimsə hardasa işinin öhdəsindən gələ bilmirsə, o səhvə ortaq ola bilmərik, o səhvlər aradan qaldırılmalıdır. Azərbaycan seçki təcrübəsinin inkişaf etdiyi ölkədir. Biz o ölkəyik ki, veb-kamera tətbiq etmişik, 50-55 min müşahidəçini seçkiləri müşahidə etməyə sərbəst buraxmışıq. Bu cəsarət hardandır? Bu, dövlətin siyasi iradəsi və seçki komissiyalarının fəaliyyətinin təkmilləşməsindən qaynaqlanan cəsarətdir. Bizim bu gün nəyəsə uyğunlaşmaq, müəyyən dəyərlər yaradıb onları ortaya qoymaq istiqamətində də iddiamız böyükdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR