Uelsdə NATO sammiti keçirilir

Uelsdə NATO sammiti keçirilir
# 04 sentyabr 2014 15:26 (UTC +04:00)

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, baş katib Anders Foq Rasmussen sammitdə əsasən NATO-nun Şərqi Avropada möhkəmlənməsi və Ukrayna böhranı ətrafında müzakirələrin gedəcəyini bildirib. Bundan əlavə, Rasmussen “Twitter”dəki hesabında Gürcüstanla əməkdaşlığın da gücləndirilməsinin vacibliyini vurğulayıb.

İki günlük sammitin gündəliyindəki əsas məsələlər Əfqanıstan, Suriya, İraq və Ukrayna, həmçinin yeni regional təhdidlərlə bağlıdır. Böyük Britaniyanın baş naziri David Kemeron bildirib ki, ölkəsinin NATO sammitində 5 əsas prioriteti var: Ukrayna böhranı və Rusiya ilə münasibətlər, Əfqanıstanın gələcəyi, yeni təhdidlərin qarşısının alınması, üzv ölkələrin ordularının gücləndirilməsi və tərəfdaşlarla münasibətlərin inkişafı.

Xatırladaq ki, Böyük Britaniya sonuncu dəfə 1990-cı ildə NATO sammitinə ev sahibliyi etmişdi. Sammitə üzv ölkələrlə yanaşı, tərəfdaş ölkələrin də dövlət və hökumət başçıları qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR