BƏƏ Fələstinə 25 milyon dollar həcmində yardım ayırıb

BƏƏ Fələstinə 25 milyon dollar həcmində yardım ayırıb
# 11 iyul 2014 04:58 (UTC +04:00)

Bakı-APA. Birləşmiş Ərəb Əmirlikləri Fələstin Dövlətinə 25 milyon dollar həcmində yardım ayırmağa qərar verib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq fərman BƏƏ prezidenti şeyx Xəlif bin Zaid əl Nəhayən tərəfindən imzalanıb.

Yerli mətbuatın məlumatına görə, bu addım BƏƏ hökumətinin və xalqının Fələstin xalqı ilə tarixi həmrəyliyinin təsdiqidir.

Bu yardımın paylanmasına nəzarət BƏƏ-nin “Qızıl Aypara” cəmiyyətinə həvalə olunub.

Birləşmiş Ərəb Əmirlikləri İsrailin Fələstinə hava zərbələrini kəskin pisləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR