İki aylıq körpəsi oğurlanan ailə ictimaiyyətə müraciət edib - VİDEO

İki aylıq körpəsi oğurlanan ailə ictimaiyyətə müraciət edib - <span style="color: red;">VİDEO
# 18 avqust 2014 14:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda iki aylıq körpəsi oğurlanan ailə ictimaiyyətə müraciət edib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən xəbərə görə, uşağın valideynləri körpəni oğurlayan qadın haqqında məlumatı olan və bu barədə polisə məlumat verən şəxslərə yüksək məbləğdə pul mükafatı vəd ediblər.

Uşağı və ya qadını görənlərdən Sumqayıt şəhər Polis İdarəsinin (018) 654-02-02 və ya (070) 510-22-50 nömrələrinə məlumat vermələri xahiş olunur.

Məlumat verən şəxsin anonimliyi qorunacaq.

Polisdən həmçinin oğurlanan körpənin fotosunu da APA-ya təqdim ediblər.

Qeyd edək ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR