İyulun son günü Azərbaycanda mülayim hava şəraiti müşahidə olunacaq - VİDEO

İyulun son günü Azərbaycanda mülayim hava şəraiti müşahidə olunacaq - <span style="color: red;">VİDEO
# 30 iyul 2014 10:08 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, gündüz mülayim cənub-şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-33 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR