Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Moskva Energetika İnstitutu ilə saziş imzalayıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Moskva Energetika İnstitutu ilə saziş imzalayıb
# 05 iyul 2014 08:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Moskva Energetika İnstitutu ilə əməkdaşlıq haqda saziş imzalanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sənəd nazirlik yanında İnsan Resurslarının İnkişafı Fondunun icraçı direktoru İsbəndiyar Əliyev və Rusiyanın Milli Tədqiqat Universitetinin (Moskva Energetika İnstitutu) rektoru Nikolay Roqalyov tərəfindən imzalanıb.

Razılaşma fondla institut arasında intellektual və maddi texniki potensialın inkişafı sahəsində qarşılıqlı əməkdaşlığın qurulmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR