“Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyanın təqdimat mərasimi keçiriləcək

“Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyanın təqdimat mərasimi keçiriləcək
# 12 iyul 2014 15:17 (UTC +04:00)

Bakı - APA. İyulun 15-də kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas alim Eldəniz Həsənovun Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr etdiyi “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyasının təqdimat mərasimi keçiriləcək.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, “Kaspi” qəzetinin, Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Mətbuat Mərkəzinin birgə təşəbbüsü ilə baş tutacaq tədbirdə ölkənin tanınmış alim və ziyalılarının, kütləvi informasiya vasitələrinin rəhbərlərinin, Zərdabi nəslinin Azərbaycanda və xarici ölkələrdə yaşayan nümayəndələrinin, həmçinin dövlət rəsmilərinin iştirakı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR