Azərbaycan atleti Universiadada finala yüksəlib

Azərbaycan atleti Universiadada finala yüksəlib
# 10 iyul 2015 15:19 (UTC +04:00)

Bakı – APA. Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Universiadada daha bir Azərbaycan idmançısı mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, atletikanın 5000 metr məsafəyə qaçış növündə təsnifat mərhələsinə start verilib.

Azərbaycan atleti Hayle İbrahimov 1-ci qaçışda qüvvəsini sınayıb. Məsafəni 13 dəqiqə 51,40 saniyəyə qət edən idmançımız finiş xəttinə 1-ci çatıb. O, ən yaxın izləyicisini təxminən 10 saniyə qabaqlayıb.

Bununla da İbrahimov sabah keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Hayle Universiadaların rekordçusudu. O, 2013-cü ildə keçirilən yarışda məsafəni 13 dəqiqə 35,89 saniyəyə qət etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR