AMEA Radiasiya Problemləri İnstitutuna yeni təyinatlar olub

AMEA Radiasiya Problemləri İnstitutuna yeni təyinatlar olub
# 17 oktyabr 2014 07:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutuna yeni təyinatlar olub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini təyin olunub. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.

Digər qərarlarla fizika üzrə fəlsəfə doktoru Musa Nuriyev qurumun elmi katibi, fizika üzrə fəlsəfə doktoru İbrahim Qabulov isə beynəlxalq əlaqələr üzrə direktor müavini vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR