Avropa Birliyi Krımda infrastruktur layihələrinə sərmayə yatırmağı qadağan edib

Avropa Birliyi Krımda infrastruktur layihələrinə sərmayə yatırmağı qadağan edib
# 30 iyul 2014 15:59 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Avropa Birliyi Krım və Sevastopolda nəqliyyat, infrastruktur, telekommunikasiya, energetika, eləcə də neft, qaz və mineral resursların hasilatı ilə bağlı layihələrə sərmayə yatırmağı qadağan edib.


APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Birliyi Şurasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sanskiyalar Avropa Birliyi nazirlərinin toplantısı keçirilmədən təsdiq olunub.


Eyni zamanda Avropa Birliyindəki mənbə bu sanksiyaların hazırda icra olunan və xarici sərmayənin iştirakı ilə reallaşan layihələrə şamil edilməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR