“Caspian Development Bank” II rübü mənfəətlə başa vurub

“Caspian Development Bank” II rübü mənfəətlə başa vurub
# 20 iyul 2016 09:32 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Caspian Development Bank” (CDB Bank) 2016-cı ilin II rübünün göstəricilərini açıqlayıb.

APA-Economics”in verdiyi xəbərə görə, 2016-cı il iyulun 1-nə bankın aktivlərinin həcmi 120 083,09 min manat təşkil edib.

Bankın kredit portfeli 107 263,62 min manat, depozit portfeli isə 32 817,24 min manat olub.

Bankın öhdəliklərinin həcmi hesabat dövrünün sonuna 55 446,36 min manat təşkil edib.

Yanvar-iyun ayları ərzində bankın məcmu kapitalı 60 636,74 min manat, nizamnamə kapitalı isə 49 924,80 min manat təşkil edib.

Qeyd edək ki, “Caspian Development Bank” cari ilin II rübünü 5 mln. 617,32 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR