“DekaBank” aktivlərini azaldıb

“DekaBank” aktivlərini azaldıb
# 24 noyabr 2014 10:29 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “DekaBank”in aktivlərinin həcmi 2014-cü ilin III rübündə 65,061 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,44% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 12,16% artaraq 58,158 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 7,812 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 39,05% azdır.

Hesabat dövrünə bankın ipoteka kreditlərinin həcmi 0,92 mln. manata bərabər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 34,29% azalma deməkdir.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 60,14% artaraq 5,543 mln. manat olub ki bu da kredit portfelinin 9,53%-ni təşkil edir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 23,81% azalaraq 5,404 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 5,219 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 21,92% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 2,16% azalaraq 27,363 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməz qalaraq 23 mln. 985 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 5,57% artaraq 5,974 mln. manat, xərcləri isə təxminən 39.64% artaraq 3,533 mln. manata çatıb.

Cari ilin III rübündə bankın əldə etdiyi mənfəət 2,441.42 manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 7 filialı, 3 bankomatı, 8 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR