Lev Qumilyov Mərkəzinin Azərbaycan filialının internet saytının təqdimatı keçirilib - FOTO

Lev Qumilyov Mərkəzinin Azərbaycan filialının internet saytının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 29 mart 2013 10:08 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu gün Bakıda məşhur türkoloq, tarixçi-etnoloq Lev Qumilyovun adını daşıyan Mərkəzin Azərbaycan filialının internet saytının (http://www.gumilev-center.az) təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimdə çıxış edən Lev Qumilyov Mərkəzinin direktoru Pavel Zarifullin bildirib ki, təqdim olunan sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərəcək və alimin Avrasiya ilə bağlı ideyalarının yayılması ilə məşğul olacaq: “Onun ideyaları SSRİ-nin dağılmasından sonra bir-birindən ayrı düşən qardaş xalqların birləşdirilməsinə yönəlib. Bu gün onun ideyaları Gömrük İttifaqının, Avrasiya İttifaqının yaradılmasında öz əksini tapırlar. Lev Qumilyov 20 il əvvəl vəfat edib, lakin onun ideyaları hələ də yaşayır”.

P. Zarifuln qeyd edib ki, Azərbaycanda Qumilyov Mərkəzinin filialının yaradılması təsadüf deyil, çünki onun ilk kitabları, məqalələri məhz Bakıda nəşr olunub və geniş populyarlıq qazanıb.

Lev Qumilyov Mərkəzinin Bakı filialının rəhbəri Gülnara İnanc sayt barədə geniş məlumat verib və onun əsas məqsədləri barədə danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR