Yarım milyondan çox "Brexit" əleyhdarı yeni referendumun keçirilməsini tələb edib

Yarım milyondan çox "Brexit" əleyhdarı yeni referendumun keçirilməsini tələb edib
# 25 iyun 2016 04:27 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının əleyhdarları yeni referendumun keçirilməsini tələb edib.

APA-nın məlumatına görə, Böyük Britaniya parlamentinin saytında yerləşdirilən petisiyada belə deyilir.

Yeni səsvermə keçirilməsinin təşəbbüskarları hesab edirlər ki, "Brexit"-ə “hə” və yaxud “yox” deyənlərin sayı 60%-dən , seçkilərdə səs verənlərin ümumi sayı 75%-dən azdırsa, bu halda daha bir referendumun keçirilməsi zəruridir.

Petisiyanı artıq 515 811 nəfər imzalayıb.

Qeyd edək ki, iyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Vətəndaşların 52%-i Böyük Britaniyanın Aİ-dən çıxmasına, 48%-i isə İttifaqda qalmasının lehinə səs verib. Referendumda seçicilərin 71%-i iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR