Azərbaycan parlamenti “Gömrük tarifi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib

Azərbaycan parlamenti “Gömrük tarifi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib
# 30 aprel 2013 12:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ölkənin iqtisadi və milli təhlükəsizliyi baxımından qanunun böyük əhəmiyyəti var.

Onun sözlərinə görə, layihə gömrük tarifinin formalaşdırılması, tətbiqi, həmçinin gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir.

Sənəd 5 fəsil, 23 maddədən ibarətdir. Sənədin qəbul olunmasının əsas məqsədləri idxalın əmtəə strukturunu tənzimləmək, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək, ölkə iqtisadiyyatını xarici rəqabətin mənfi təsirlərindən qorumaq, dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratmaqdan ibarətdir. Sənəddə göstərilir ki, ixracat və idxalatın operativ tənzimlənməsi məqsədilə müəyyən hallarda mövsümi rüsumlar tətbiq oluna bilər.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR