Moskvada QDİƏT Parlament Məclisi Baş Assambleyasının 47-ci sessiyası keçiriləcək

Moskvada QDİƏT Parlament Məclisi Baş Assambleyasının 47-ci sessiyası keçiriləcək
# 26 iyun 2016 10:23 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin komitə sədrlərinin müavinləri Eldar Quliyev, Musa Quliyev və Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 47-ci sessiyasında iştirak etmək üçün iyunun 27-dən iyulun 1-dək Rusiya Federasiyasında səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Moskva şəhərində keçiriləcək toplantıda QDİƏT regionunda iqtisadi əməkdaşlıq vasitəsi ilə sülhün, sabitliyin və firavanlığın təmin olunması ilə əlaqədar müzakirələr keçiriləcək, quruma üzv dövlətlərdə qaçqınların vəziyyətinə dair fikir mübadiləsi aparılacaq.

Deputatlar müzakirə olunan məsələlərə münasibətlərini bildirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR