"Azərpoçt" Dünya Bankından 32 mln. dollarlıq kredit cəlb edir

"Azərpoçt" Dünya Bankından 32 mln. dollarlıq kredit cəlb edir
# 08 iyul 2015 08:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Bu gün poçt sistemində ən böyük yenilik Dünya Bankının “Azərpoçt” ilə yeni bir layihəsi ilə bağlı apardığı danışıqlardır ki, bu layihənin dəyəri təxminən 32 milyon ABŞ dollarıdır".

Bunu "APA-Economics"ə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir bildirib ki, aparılan danışıqlara əsasən, sözügedən məbləğ "Azərpoçt"a 20 illik müddətə veriləcək. Kreditin 20 mln. dollarlıq hissəsi kiçik və orta sahibkarlığın stimullaşdırılmasına yönələcək.

"Əgər danışıqlar müsbət bitərsə, Azərbaycan hökuməti bu öhdəliyi öz üzərinə götürəcək və “Azərpoçt” artıq yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq”, - deyə nazir bildirib.

Ə. Abbasovun sözlərinə görə, bu layihə olduqca rentabellidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR