Bakıda Alman Birliyi Günü qeyd ediləcək

Bakıda Alman Birliyi Günü qeyd ediləcək
# 28 sentyabr 2015 09:46 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Oktyabrın 1-də Bakıda Almaniya səfirliyi tərəfindən Alman Birliyi Günü ilə bağlı tədbir keçiriləcək.

Almaniya səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan hökumətinin nümayəndələri, iqtisadiyyat, vətəndaş cəmiyyəti, mətbuat və diplomatik korpus təmsilçiləri daxil olmaqla, 500 qonağın iştirakı gözlənilir.


Qeyd edək ki, Alman Birliyi Günü 3 oktyabr 1990-cı ildə şərqi və qərbi Almaniyanın yenidən birləşməsinin rəmzidir. Bu il Almaniya birlikdə və azad yaşayışın 25 illiyini qeyd edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR