Bir nəfəri öldürməkdə, birini isə bıçaqlamqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bir nəfəri öldürməkdə, birini isə bıçaqlamqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
# 19 sentyabr 2015 08:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfəri isə bıçaqlamaqda təqsirləndirilən Nazim Mirzalızadənin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası isə sentyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, N. Mirzalızadə münaqişə zəminində Elşən Orucov adlı şəxsi bıçaqlayaraq qətlə yetirib, Samir Hüseynova isə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Mirzalızadə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan N. Mirzalızadə apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR