Yol polisi Cəlilabad rayonu ərazisində reyd keçirib

Yol polisi Cəlilabad rayonu ərazisində reyd keçirib
# 17 avqust 2015 07:40 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Göytəpə alayı ilə Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində birgə reyd keçirib.

APA-nın cənub bürosunun məlumatına görə, magistral yolda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyan reyddə qaydaları pozan sürücülər saxlanılaraq barələrində inzibati cəza protokolları tərtib olunub.

Reyd zamanı avtomobili idarə etmək üçün müvafiq etibarnaməsi olmayan, texniki baxışdan keçməyən və icbari sığortası olmayan 100-ə yaxın avtomobil sahibi “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələri ilə cəzalandırılıb, sənədləri tam qaydasında olmayan sürücülərin avtomobilləri isə cərimə meydançasına aparılıb.

Bundan əlavə, reydlərə müdaxilə və maneçilik törədən sürücülər barəsində də qanunvericiliyə müvafiq tədbirlər görülüb.

BDYPİ-nin yol patrul xidmətinin 11-ci alayının komandiri Hikmət Qafarovun sözlərinə görə, belə reydlər qarşıdakı günlərdə Ələt-Astara magistralının Cənub bölgəsinin digər rayonlarından keçən ərazilərində də təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR