Bakıda avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan sərnişinlərin kimliyi məlum olub - YENİLƏNİB 1 - SİYAHI - VİDEO

Bakıda avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan sərnişinlərin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">SİYAHI  - <span style="color: red;">VİDEO
# 20 avqust 2014 16:19 (UTC +04:00)

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 15 nəfər xəstəxanaya daxil olub, onlardan 3 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəza zamanı xəsarət alan digər 4 sərnişin - 1974-cü il təvəllüdlü Aidə Hüseynova, 1967-ci il təvəllüdlü Mərcan Cavadova, 2004-cü il təvəllüdlü Gülxanım Mürsəlova və 1962-ci il təvəllüdlü Ceyranxanım Məmmədova isə xəstəxanaya yerləşdirilib.

***

saat 18.38

Bakı. Fuad Cəfərov – APA. Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən bir neçəsinin adı məlum olub.


Klinik Tibbi MərkəzdənAPA-ya verilən məlumata görə, qəza zamanı 1956-cı il təvəllüdlü Xanmurad Xandadaş oğlu Dostəliyev, 1986-cı il təvəllüdlü Samir Namiq oğlu Qasımov, 2002-ci il təvəllüdlü Ramin Rəhim oğlu Xəlilov, 1993-cü il təvəllüdlü Elnur Ramin oğlu Muradov, 1987-ci il təvəllüdlü Seyidbala Teymur oğlu Cəfərov, 1983-cü il təvəllüdlü Dilqəm Xəlil oğlu Hacıyev, 1994-cü il təvəllüdlü Rufulla Yadulla oğlu Qurbanov və 1951-ci il təvəllüdlü Səyyad Əliş oğlu Cəbrayılov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

KTM-dən hazırda qəza zamanı xəsarət alan digər 7 nəfərin şəxsiyyətinin dəqiqləşdirildiyi bildirilib.

***

saat 17:55

Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir avtobus qəzası baş verib. Paytaxtın Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb.

195 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu yük avtomobili ilə toqquşub və aşıb. Nəticədə 10-dan çox sərnişin xəsarət alıb.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, qəza nəticəsində 15 nəfər yaralı Klinik Tibbi Mərkəzə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR