Vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən Şirvan şəhərində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
APA-nın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aprelin 19-da və 20-də Şirvan Şəhər Polis Şöbəsinə şəhərin Xaqani, 28 May, S. Vurğun, M. Ə. Rəsulzadə, Energetik və T. İsmayılov küçələrindəki yaşayış binalarının girişlərinə quraşdırılmış ümumilikdə 180 ədəd su sayğacının oğurlanması barədə müraciətlər daxil olub.
Polis əməkdaşlarının aprelin 21-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən 4 nəfərdən ibarət dəstə üzvləri qısa zamanda müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Şirvan şəhər sakinləri Rəşad Balaşov, Qasım Salmanov, Rauf Sarbalayev, Elvin Kələntərov olduqları müəyyən edilib.
Su sayğaclarının bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.