Nabranda keçirilən reyd zamanı 62 sürücü barəsində protokol tərtib olunub

Nabranda keçirilən reyd zamanı 62 sürücü barəsində protokol tərtib olunub
# 07 iyul 2014 07:11 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları reyd keçirib. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində baş tutub.

Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin APA-nın şimal bürosuna verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 62 sürücü barədə protokol tərtib edilərək, qanunamüvafiq tədbirlər görülüb. Həmin sürücülərin 8-i avtomobili sərxoş vəziyyətdə, 17 nəfəri əlavə avadanlıq quraşdıraraq, 7-si ötmə qaydalarını pozaraq, 23 nəfər sürət həddini aşaraq, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etməyərək idarə edib. Ə. Əsgərbəyli bildirib ki, bu kimi reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR