İŞİD silahlıları Suriyada oğurladıqları qiymətli əşyaları ölkənin şimalında satırlar

İŞİD silahlıları Suriyada oğurladıqları qiymətli əşyaları ölkənin şimalında satırlar
# 04 iyul 2015 00:11 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları Suriyada oğurladıqları qiymətli əşyaları ölkənin şimalında təşkil olunan hərraclarda satırlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın qədimi obyektlər və muzeylər departamentinin direktoru Maamun Əbdül Kərim bildirib.

“İŞİD silahlılarına məxsus akkauntlarda Palmiranın sərdabələrindən oğurlanmış 80-dək qədim kişi və qadın büstlərinin şəkilləri dərc olunub. Bu büstlər ölkənin şimalındakı Manbic şəhərində açıq hərraca çıxarılır və kolleksiyaçılar tərəfindən çox baha qiymətə əldə olunur. Sata bilmədikləri büstləri və heykəlləri silahlılar vəhşicəsinə məhv edir”, deyə o bildirib.

Qeyd edək ki, UNESCO -nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir. Şəhər mayın ortalarında İŞİD silahlıların nəzarətinə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR