SOCAR ötən ay Ceyhan limanından xam neftin ixracını 3% artırıb

SOCAR ötən ay Ceyhan limanından xam neftin ixracını 3% artırıb
# 01 iyul 2015 13:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin iyun ayında Ceyhan limanından 1 mln. 925,699 min ton xam neft ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 2,9% artım deməkdir.

Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində Ceyhan limanından isə 9 mln. 203,947 min ton xam neft ixrac edilib ki, ötən ilin 6 ayı ilə müqayisədə 10,7% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR