Türkiyə MPT-76 piyada tüfəngini sentyabrda Bakıda keçiriləcək müdafiə sərgisində nümayiş etdirəcək

Türkiyə MPT-76 piyada tüfəngini sentyabrda Bakıda keçiriləcək müdafiə sərgisində nümayiş etdirəcək
# 16 avqust 2014 11:49 (UTC +04:00)

APA-nın məlumatına görə, silah MKE şirkətinin stendində nümayiş etdiriləcək.

MPT-76 tüfəngi Türkiyə Silahlı Qüvvələrinin silahlanmasındakı G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün yaradılıb və 200 ədədlik ilk partiyası may ayında Quru Qoşunlarına təhvil verilib.

Çəkisi 4,1 kq təşkil edən silah 7.62×51 mm çaplı patronlardan istifadə edir. Tüfəngin təsirli atış məsafəsi 600 metrdir. Üzərindəki piccatini relsi silaha müxtəlif optik nişangahlar, lazer və s. əlavə etməyə imkan verir.

Qeyd edək ki, 2013-cü ilin may ayında İstanbulda keçirilmiş İDEF-2013 sərgisində Milli Piyada Tüfənginin Azərbaycanın müdafiə və müdafiə sənayesi nazirləri üçün təqdimatı keçirilib.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə MKE arasında 2011-ci ildə imzalanmış niyyət protokolunda gələcəkdə ehtiyaclara uyğun olaraq bu silahın Azərbaycanda hissələrinin istehsalı və yığılmasına dair məsələlər yer alıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR