Betonqarışdıran maşının aşması nəticəsində Bakı Dairəvi yolunda yaranan tıxac aradan qaldırılıb

Betonqarışdıran maşının aşması nəticəsində Bakı Dairəvi yolunda yaranan tıxac aradan qaldırılıb
# 17 noyabr 2014 15:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Qaradağ rayonu, Bakı Dairəvi yolunun 7-ci km-də “KamAz” markalı, 10-NL-413 dövlət nömrə nişanlı betonqarışdıran maşın aşması nəticəsində yolda yaranan tıxac aradan qaldırılıb.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, betonqarışdıran maşının aşması nəticəsində çox sayda əyrixətli tirlər sıradan çıxıb, yola yanacaq-sürtgü məhsulları, beton məhlulu dağılıb.

“Aşan “KamAz”ı yoldan kənarlaşdırmaq üçün əraziyə qaldırıcı kran gətirilmişdi. Lakin betonqarışdıran maşını yerindən qaldırmaq mümkün olmayıb. Kran ərazidən uzaqlaşdırılıb və hərəkət yenidən təmin olunub. Sabah yol təsərrüfatı orqanının əməkdaşları yola dəyən ziyanın məbləğini açıqlayacaqlar. Betonqarışdıran maşının yeridən qaldırılması üçün başqa nəqliyyat vasitəsi gətiriləcək”, - deyə P. Mürsəliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR