Ucarda oğurluqla bağlı polisə yalan məlumat verilib - VİDEO

Ucarda oğurluqla bağlı polisə yalan məlumat verilib - <span style="color: red;">VİDEO
# 16 dekabr 2014 14:30 (UTC +04:00)

Ucar. Zahid Abışov-APA. Ucar rayonunda oğurluqla bağlı polisə yalan məlumat verilib.

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, 2 gün öncə şəhər sakini 25 yaşlı Hümmətov Mais Ədalət oğlu Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək evindən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib. Hadisə yerində araşdırma aparan polis əməkdaşları M.Hümmətovu şöbəyə dəvət edib.

İlkin dindirmə zamanı məlum olub ki, M Hümmətov evində ki qızıl-zinət əşyalarını özü sataraq polisə yalan məlumat verib. M Hümmətov atasının ayrı-ayrı şəxslərə borcu olduğu üçün bu addımı atdığını deyib.

Analoji hadisə dünən rayonun Pirkənd kəndində qeydə alınıb. Kənd sakini 23 yaşlı İsmayılova Aybəniz Ağaismayıl qızı da evində 2 qızıl üzük və qızıl boyunbağı oğurlanması barədə DİN-in “102” xidmətinə zəng edib. Hadisə yerinə baxış keçirildikdən sonra A.İsmayılova rayon Polis Şöbəsinə dəvət olunub. Dindirmə zamanı onun qızıllarını özü satdığı, polisə yalan məlumat verdiyi məlum olub. A İsmayılova pula ehtiyacı olduğu və Rusiyada olan həyat yoldaşından qorxduğu üçün özü satdığı qızılların oğurlandığı barədə polisə şikayət etdiyini bildirib. Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR