Xaçmaz rayon sakininin meyiti tapılıb - FOTO

Xaçmaz rayon sakininin meyiti tapılıb - <span style="color: red;">FOTO
# 04 iyul 2014 07:38 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisindən keçən kiçik çayda kişi meyiti tapılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, aparılan araşdırma zamanı cəsədin Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, 1965-ci il təvəllüdlü Mirzəyev Məzahir Naseh oğlu olduğu məlum olub.

Onun cəsədi Xaçmaz rayon Morqunda müayinə olunub.

Ölüm səbəbi hələ ki, məlum deyil.

Mərhumun uzun müddətdir, tüfeyli həyat keçirdiyi və spirtli içki aludəçisi olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR