Şotlandiyada 11 nəfər referendumdan sonrakı iğtişaşlara görə saxlanılıb

Şotlandiyada 11 nəfər referendumdan sonrakı iğtişaşlara görə saxlanılıb
# 20 sentyabr 2014 23:38 (UTC +04:00)

Bakı-APA. Qlazqoda Şotlandiyanın müstəqilliyi haqqında referendumun nəticələrinin elan olunmasından sonra baş vermiş iğtişaşlara görə 11 nəfər saxlanılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sentyabrın 19-da Qlazqodakı meydanlardan birində Şotlandiyanın müstəqilliyinin tərəfdarları və əleyhdarlarının aksiyaları zamanı bir neçə toqquşma baş verib.

Xatırladaq ki, sentyabrın 18-də keçirilmiş referendumda Şotlandiyanın müstəqilliyinin əleyhdarları 54 faiz səslə qələbə qazanıb. Müstəqilliyin tərəfdarları isə 46 faiz səs toplayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR