Meksikada prezidentliyə namizəd Xorxe Maynesin seçki kampaniyası çərçivəsində keçirilən mitinqdə dekorasiya divarının uçması nəticəsində ölənlərin sayı 9-a çatıb.
APA xarici mediaya istinadən xəbər verir ki, daha 80 nəfərin xəsarət aldığı bildirilir.
***
09.48
Meksika prezidentliyinə namizəd Xorxe Maynesin seçki kampaniyası zamanı dekorasiya uçub.
APA “Reuters”ə istinadən xəbər verir ki, hadisə Nuevo-Leon ştatının San-Pedro-Qarza-Qarsiya şəhərində baş verib.
Güclü külək nəticəsində konstruksiya dağılıb. Nəticədə 5 nəfər həlak olub, daha 50 nəfər yaralanıb.
Hadisə yerində xilasedicilər işləyir.
Maynesin yaxşı olduğu və komanda üzvlərinin artıq xəstəxanada müalicə olunduğu bildirilib.