Məhkəmə rayon prokuroruna qarşı şikayəti təmin etməyib

Məhkəmə rayon prokuroruna qarşı şikayəti təmin etməyib
# 11 iyun 2016 09:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Pərviz Babayev adlı şəxsin Səbail rayon prokuroru vəzifəsini icra edən Natiq Əsədova qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.


Qeyd edək ki, P. Babayev 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək N. Əsədovun hərəkətlərinin qanunsuz hesab edilməsi və barəsində qərar qəbul edilməsini istəyib. Lakin məhkəmə iddianı mümkün saymayıb. Bundan sonra P. Babayev apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR