Dilçilik İnstitutu: direktoru Tofiq Hacıyev yenidən işə çıxıb

 Dilçilik İnstitutu: direktoru Tofiq Hacıyev yenidən işə çıxıb
# 04 sentyabr 2015 10:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev işə çıxıb.

İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şöbə müdirləri ilə toplantıda T.Hacıyev Azərbaycan dilinin inkişafı üçün qəbul edilmiş Dövlət Proqramının uğurla davam etdirilməsi üçün lazımi tövsiyələrini verib.

Sentyabrın 1-dən Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə Dilçilik İnstitutunun birgə layihəsi olan “Televiziyada ədəbi dilin normalarının gözlənilməsi” adlı monitorinqlərin başlanıldığı müzakirə olunub.

Bildirilib ki, monitorinqlər iki ay davam edəcək, nəticələr MTRŞ-nın təşkil etdiyi mətbuat konfransında açıqlanacaq.

Qeyd edək ki, akademik Tofiq Hacıyev bir müddət əvvəl istefa ərizəsi yazaraq vəzifəsindən imtina etmiş, sonradan ərizəsini geri götürmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR