“Eurovision-2012” ərəfəsində Azərbaycanda terror törətməyə cəhddə təqsirləndirilən daha üç nəfərin məhkəməsi başa çatıb

“Eurovision-2012” ərəfəsində Azərbaycanda terror törətməyə cəhddə təqsirləndirilən daha üç nəfərin məhkəməsi başa çatıb
# 03 may 2013 09:28 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Fariz Bayramov və İbrahim Sadıqovun hər biri 11 il, Azər Nəzərov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Həmin vaxt ümumilikdə 40 nəfər şəxs saxlanılıb. Onların bir neçəsinin məhkəməsi artıq başa çatıb və barələrində hökm elan olunub.

Həmin şəxslərin İran İslam İnqilabı Keşikçiləri Korpusu – “Sepah”la əməkdaşlıq etdikləri bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR