Azərbaycandan Gürcüstana yanacaq ixracı cüzi çoxalıb

Azərbaycandan Gürcüstana yanacaq ixracı cüzi çoxalıb
# 26 avqust 2014 10:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 135 620,1 min dollar dəyərində 148 719,1 min ton yanacaq və yanacaq yağları qaz idxal edib.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan təbii qazın həcmi dəyər baxımından 0,2% çoxdur.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 39%-i yanacaq və yanacaq yağlarının payına düşür.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 337 627,6 min dollar dəyərində məhsul ixrac edilib. Yəni, Gürcüstanın ixracatının 20,3%-i Azərbaycanın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR