Albaniyanın sabiq prezidenti: “Dünyada radikalizmlə üzləşməyən region yoxdur”

Albaniyanın sabiq prezidenti: “Dünyada radikalizmlə üzləşməyən region yoxdur”
# 28 aprel 2015 15:40 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Radikalizm dünyada dayanmadan artan mürəkkəb fenomendir”.

APA-nın məlumatına görə, bunu Bakı III Qlobal Forumunda “Radikallaşma” mövzusunda panel müzakirəsi zamanı Albaniyanın keçmiş prezidenti və baş naziri Sali Berişa deyib.

Onun sözlərinə görə, bir tərəfdən bu kifayət qədər normal hesab edilə biləcək reaksiyadır: “Problem ondadır ki, müasir dövrdə radikalizm daha çox islam radikalizmi kimi görünür. Çünki bu, islam dövlətlərində daha çox müşahidə olunur. Amma araşdırmalar göstərir ki, dünyada radikalizmlə üzləşməyən region yoxdur”.

S. Berişa qeyd edib ki, əsas səbəb diskriminasiya, yoxsulluq psixoloji amillərdir. “Son 10 ildə albanlar Kosovo və Makedoniyada döyüşüblər, amma terror aktı törətməyiblər. Bəzi albanlar indi “İslam dövləti”nə qoşulublar. İnsanlar mətbuatda hər gün islam terrorizmi sözünü işlədirlər. Bunlar insanları təhqir edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR