Akademik Opera və Balet Teatrında “Koroğlu” operası nümayiş olunub

Akademik Opera və Balet Teatrında “Koroğlu” operası nümayiş olunub
# 29 aprel 2013 13:27 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının tamaşası keçirilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın kollektivi bu tamaşanı Heydər Əliyevin 90 illik yubileyinə həsr edib.

Tamaşada xalq artisti Samir Cəfərov “Koroğlu”, gənc və istedadlı vokalçı İlahə Əfəndiyeva “Nigar” partiyasını ifa edib. Həmçinin Azərbaycanın xalq artistləri Şahlar Quliyev, Əli Əsgərov, Nəzakət Teymurova, habelə əməkdar artistlər Nizami Bağırov, Sabir Əliyev və b. çıxış edib.

Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR