Azərbaycanda 128 mindən çox ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib

Azərbaycanda 128 mindən çox ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib
# 17 iyul 2014 08:23 (UTC +04:00)

APA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev bu gün keçirilən mətbuat konfransında deyib ki, həmin ailələrdən 76,5%-i (97 947 ailə) təkrar, 23,5%-i isə (30 078 ailə) ilk dəfə sosial yadım alanlardır.

Hesabat dövründə ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133,06 manat, bir ailə üzvünə düşən orta aylıq məbləği isə 30,43 manat təşkil edib. Onun sözlərinə görə, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk yarımilində ünvanlı yardım təyin olunmuş ailələrin sayı 521 ailə (2300 nəfər ailə üzvü) və ya 0,4 faiz azalma deməkdir.

Ç.Əliyev qeyd edib ki, bu ilin 1 iyul tarixinə respublika əhalisinin 4,2%-nə və ya 358 293 nəfərə aylıq və ya birdəfəlik sosial müavinət təyin olunub. O əlavə edib ki, həmin şəxslərin 266 570 nəfərinin (74,4%) aylıq, 91 723 nəfərinin isə (25,6%) birdəfəlik sosial müavinətlə təmin olunub.

Xidmət rəisi qeyd edib ki, sosial təminat dövlətin diqqət mərkəzində olub. Onun sözlərinə görə, bu, prezidentin bir sıra fərman və sərəncamları ilə bir daha gücləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR